Azərbaycan Premyer Liqasında ilk heç-heçə qeydə alınıb

18-08-2018, 23:06
76
Azərbaycan Premyer Liqasında ilk heç-heçə qeydə alınıb

"Report"un məlumatına görə, "Zirə" çempionatdakı ilk matçında "Keşlə" ilə üz-üzə gəlib. "AZAL Arena"da təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2. Hesabı artıq 2-ci dəqiqədə Mirsahib Abbasov açıb. 36-cı dəqiqədə Pərdis Fərcad-Azad fərqi artırıb. Hazırda "Zirə"də çıxış edən hər iki oyunçu keçmiş komandalarını məyus edib.

"Keşlə" fasilədən sonra məğlubiyyətdən xilas ola bilib. 53-cü dəqiqədə Slavik Alxasov, uzatma dəqiqələrində isə Andre Klennon fərqlənib.

Beləliklə, ilk turda "Qarabağ"la oyunu təxirə salındığı üçün istirahət edən "Zirə" Premyer Liqaya 1 xalla başlayıb. Bu, həm də cari mövsümdə ilk heç-heçə olub.

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" səfərdə "Səbail"i yenib - 2:0. Tura avqustun 19-da "Neftçi" - "Qəbələ" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.


 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti