“Real”a 2 oyunda 5 qol vuran komanda necə ola bilər?”- Alleqri “Ayaks” haqda

17-04-2019, 12:06
153
“Real”a 2 oyunda 5 qol vuran komanda necə ola bilər?”- Alleqri “Ayaks” haqda

“Həmişə demişəm ki, Çempionlar Liqasını qazanmaq üçün komanda pik formada olmalıdır. Son aylarda xeyli zədəlimiz oldu. Hətta bu görüşdə də vacib oyunçularımızdan məhrum olmuşduq. Buna görə də əla oyun göstərə bilmədik”.

Qol.az xəbər verir ki, bu sözləri “Yuvnetus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 finalının “Ayaks”la cavab oyunundan sonra UEFA-nın saytına açıqlamasında deyib.

Turində 1:2 hesabı ilə uduzaraq ÇL-lə vidalaşdıqları matçı şərh edən italiyalı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu etiraf edib:

“Ayaks” yaxşı futbol sərgiləyir. Qələbəyə layiq idilər. Əsasən də ikinci hissədə yaxşı oynadılar. Komanda əla oyunçulardan qurulub. “Real”a iki görüşdə 5 qol vuran komanda necə ola bilər?

Turnirdən ən pis gedişimiz olduğunu deməzdim. “Yuventus”un həmişə bir məqsədi olub – hər turniri qazanmaq. Bəzən alınır, bəzən yox”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti