Qurban Qurbanov yeni rekorda imza atıb

5-05-2019, 21:17
62
Qurban Qurbanov yeni rekorda imza atıb

Tarixində 7-ci, ardıcıl 6-cı dəfə futbol üzrə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atıb.

ONA-nın məlumatına görə, 47 yaşlı mütəxəssis baş məşqçi kimi 6-cı dəfə qızıl medallara sahib çıxıb.

O, bu göstəricidə mütləq rekord vurub. 2013/14, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində də “Qarabağ”ı çempionluğa daşıyan Q.Qurbanov Ağasəlim Mircavadovu arxada qoyub.

Sonuncu “Qarabağ” (1993), “Şəmkir” (1999/2000, 2000/01), “Neftçi” (2004/05) və “Xəzər Lənkəran”la (2006/07) ümumilikdə 5 dəfə Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, ümumilikdə 10 baş məşqçi bu vəzifədə qızıl medallar qazanıb. Liderlərdən başqa Kazbek Tuayev (4), Mehman Allahverdiyev və Böyükağa Hacıyev (hərəsi 3) bir dəfədən artıq çempionluq yaşayıb. Kaxaber Sxadadze, Valentin Xodukin, Əhməd Ələsgərov, Qyoko Hacıyevski və Arif Əsədovun isə çempionatda bir titulu var.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti