"Qalatasaray" dünya ulduzunu transfer edir

6-05-2019, 22:57
31
"Qalatasaray" dünya ulduzunu transfer edir

"Qalatasaray" yayda heyətinə daha bir ulduz futbolçu qatacaq.

İstanbul klubu Frank Riberini transfer etməyə hazırlaşır. Bu barədə Almaniyanın ən yüksək tirajlı qəzeti olan "Bild" məlumat yayıb.

Qəzetin iddiasına görə, 12 mövsümdü oynadığı "Bavariya"dan ayrılmağa hazırlaşan fransalı ulduza hazırda ən real təklif "Qalatasaray"dandı. Bildirilir ki, müqaviləsi başa çatacaq Riberi özü də İstanbula dönmək və yenidən "sarı-qırmızılı" formanı geyinməyə hazırdı.

Qeyd edək ki, Riberi 2004/05 mövsümündə "Qalatasaray"da çıxış edib. İstanbul klubunun fransalı ulduzdan başqa "Fulhem"dən Rayan Babeli də transfer edəcəyi deyilir.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti