“Qarabağ”dan "Neftçi"yə cavab - Azarkeşlərinə pulsuz bilet paylayacaq

12-05-2019, 13:27
68
“Qarabağ”dan "Neftçi"yə cavab - Azarkeşlərinə pulsuz bilet paylayacaq

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” klubu 700 bilet alaraq azarkeşlərinə paylayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Report”a klubun mətbuat katibi Nurlan İbrahimov bildirib. Onun sözlərinə, klub qiyməti 50 manat olan biletləri əldə edib. Bu isə 35 min manat edir.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti