Avroliqanın final oyunu ilə əlaqədar radiotezlik spektrinin qorunması gücləndirilib

29-05-2019, 17:30
127
Avroliqanın final oyunu ilə əlaqədar radiotezlik spektrinin qorunması gücləndirilib

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar radiotezlik spektrinin qorunması gücləndirilib. Bu barədə ONA-ya Dövlət Radiotezliklər İdarəsindən bildirilib.

Stadion ərazisində İdarənin Radiomonitorinq şöbəsi tərəfindən radioelektron avadanlıqların parametrləri əsaslı yoxlanılıb.

Ayrıca olaraq mobil rabitənin etibarlı və sabit fəaliyyətini təmin etmək məqsədilə ərazidə operatorlar tərəfindən mobil baza stansiyaları quraşdırılıb. Yüksək keyfiyyətli televiziya yayımımı təmin etmək üçün isə zəruri olan tezliklər ayrılıb.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti