UEFA prezidenti Avropa Liqasının finalı barədə: “Hər şey əladır”

29-05-2019, 20:41
174
UEFA prezidenti Avropa Liqasının finalı barədə: “Hər şey əladır”

UEFA prezidenti Aleksander Çeferin Bakıda keçiriləcək Avropa Liqasının finalını təşkilatçılığını qiymətləndirib. 

ONA-nın məlumatına görə, sloveniyalı prezident qurumun Bakıda İcraiyyə Komitəsinin paytaxtımızda keçirilən iclasından sonra təşkil olunan mətbuat konfransında həlledici oyunla bağlı sualı da cavablandırıb. 

O bildirib ki, hər şey yüksək səviyyədədir: “İndi üçün görünən odur ki, hər şey mükəmməl şəkildə təşkil edilib. Qonaqpərvərlik, peşəkar yanaşma və digər məsələlər yüksək səviyyədədir. Təbii ki, geniş şərhi hər şey bitdikdən sonra vermək istərdim. İndi hər şey əladır”.

Qeyd edək ki, Avropa Liqasının bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq finalında “Çelsi” və “Arsenal” üz-üzə gələcək. 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti