Bakı finalı: “Çelsi” dördüncü qolu vurdu

30-05-2019, 00:44
133
Bakı finalı: “Çelsi” dördüncü qolu vurdu
Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində dördüncü qol vuruldu.

"Ölkə.Az" bildirir ki, Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində Eden Azar penaltidən üçüncü qolu vurdu

***

"Ölkə.Az" bildirir ki, Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində daha bir qol vurulub.

***

“Çelsi”nin ispaniyalı futbolçusu Pedro Rodriqes hesabı 2:0-a çatdırıb.

"Ölkə.Az" bildirir ki, “Çelsi”nin futbolçusu Olivye Jiru 49-cu dəqiqədə hesabı açıb.

***

Bakıda keçirilən UEFA Avropa Liqasının “Çelsi” – “Arsenal” görüşü başlayıb.

"Ölkə.Az" bildirir ki, görüşdə hələ hesab açılmayıb.

***

UEFA Avropa Liqası finalının açılış mərasimi olub.

"Ölkə.Az" bildirir ki, britaniyalı müğənni Conas Blu oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda səhnə alıb.

O, 150 yerli rəqqasın müşayəti ilə "Rise", "Mama", "Polaroid" və "Perfect Strangers" mahnılarını ifa edib.

Qeyd edək ki, finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşır.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti