“Liverpul” Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB + VİDEO

2-06-2019, 11:09
179
“Liverpul” Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB + VİDEO

“Liverpul” Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasının qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, “Liverpul” 2-ci dəqiqədə Məhəmməd Salah və 87-ci dəqiqədə belçikalı hücumçu Divok Oriqinin vurduğu qollarla qalib gəlib.
Bununla da  “Liverpul” klubu altıncı dəfə bu turnirin qalibi olub.



23:09
UEFA Çempionlar Liqasının final matçında hesab erkən açılıb.
Oxu.Az xəbər verir ki, 1-ci dəqiqədə seneqallı Sadio Manenin cərimə meydançası daxilində zərbəsi fransalı Mussa Sissokonun qoluna dəyib.
Bu üzdən sloveniyalı referi Damir Skomina penalti nöqtəsini göstərib. Penaltini misirli Məhəmməd Salah dəqiq yerinə yetirib – 1:0.

22:47
UEFA Çempionlar Liqasının final matçında üz-üzə gələcək komandaların start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Tottenhem”: Üqo Lyoris, Kiran Tripyer, Tobi Alderveyreld, Yan Vertonqen, Dəni Rouz, Mussa Sissoko, Hari Uinks, Dele Ali, Kristian Eriksen, Hın-Min Son, Hari Keyn
“Liverpul”: Alison Beker, Endryu Robertson, Vircil van Deyk, Joel Matip, Trent Aleksander-Arnold, Corcinio Veynaldum, Fabinyo, Cordan Henderson Sadio Mane, Roberto Firmino, Məhəmməd Salah.  

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti