Çempionlar Liqasında yeni rekord: 127 milyon dollar

2-06-2019, 16:39
331
Çempionlar Liqasında yeni rekord: 127 milyon dollar


Çempionlar Liqasının qalibi “Liverpul” oldu. İngiltərə klubu həm də turnirin rekorduna imza atdı.
Bizimyol.info xəbər verir ki, “Liverpul” Çempionlar Liqasının bu mövsümündə təxminən 127 milyon dollar (113,45 milyon avro) qazanıb. İndiyə qədər göstərilən ən yüksək nəticədir.
Təsəvvür edin, “Liverpul” qələbəyə görə cəmi 4 milyon avro alıb. Əsas qazanc bonusdan olub (23 milyon avro). UEFA bu mövsümdən son 10 ilin nəticələrini nəzərə alaraq, klublara əlavə pul verir.
UEFA teleyayımlara görə klublara 292 milyon avro ayırmışdı. Bunun 12,6 milyon avrosu “Liverpul”a çatıb.
Qrup mərhələsində iştiraka görə hər kluba 15,25 milyon avro verilir. “Liverpul” UEFA Superkubokunun qalibi olsa, daha 1 milyon avro qazanacaq.
İndiyə qədər ən çox pul “Yuventus”a çatmışdı. İtaliya klubu iki il əvvəl 109 milyon avro əldə etmişdi.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti