Karateçilərimiz daha iki medal qazanıb

6-07-2019, 18:11
82
Karateçilərimiz daha iki medal qazanıb

Hümmət və Ramil Baxşəliyevlər Xorvatiyanın Umaq şəhərində 21 yaşlıların WKF Kuboku (Dünya Karate Federasiyası) turniri və Gənclər Liqası yarışında müxtəlif medallara sahib olublar.

Azərbaycan Milli Karate Federasiyasından Unikal.org-a verilən məlumata görə, H.Baxşəliyev (-67 kq) yuxarı yaşlılarda qızıl medal, R.Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) isə liqada bürünc mükafat qazanıb. 

Yarışın ilk günü WKF Kuboku turnirində Murad Hacızadə (+84 kq) birinci, Fidan Teymurova (-50 kq) isə üçüncü yeri tutub. İyulun 6-da daha bir neçə idmançımız tatamiyə çıxacaq. 

4-7 iyul tarixlərində hər iki yarışda 70 ölkədən 2577 idmançı iştirak edir. 

  • Karateçilərimiz daha iki medal qazanıb
  • Karateçilərimiz daha iki medal qazanıb
  • Karateçilərimiz daha iki medal qazanıb
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti