Ronaldo A seriyasının 4 klubunun bütün futbolçularının ümumi maaşından çox qazanır

10-09-2019, 21:56
7
Ronaldo A seriyasının 4 klubunun bütün futbolçularının ümumi maaşından çox qazanır


Heç şübhəsiz, Kriştiano Ronaldo İtaliya A seriyasının ən titullu futbolçusudur. Titulları, populyarlığı ona həm də böyük pullar gətirir. Bizimyol.info xəbər verir ki, “Yuventus”un hücumçusu İtaliya çempionatında ən yüksək məvacib alan futbolçudur. Kriştiano Ronaldo ildə 31 milyon avro qazanır. Bu haqda “La Gazzetta dello Sport” məlumat yayıb. Kriştiano Ronaldo A seriyasında 4 klubun bütün futbolçularının ümumi maaşından çox qazanır. SPAL-da və “Udineze”də ümumi məvacib 30, “Breşiya”da 28, “Verona”da isə 25 milyon avrodur. Ümumiyyətlə, A seriyasında cəmi 12 futbolçu ildə 6 milyon avrodan çox qazanır. Ronaldonun ən yaxın izləyicisi komanda yoldaşı Matteys de Liqtdir (8 milyon avro). “Yuventus”da ümumilikdə futbolçulara 294 milyon avro məvacib verirlər. Bu məsələdə ikinci olan “İnter” Turin klubundan təxminən iki dəfə geri qalır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti