“Qəbələ” UEFA Gənclər Liqasında APOEL-lə qarşılaşacaq

2-10-2019, 01:46
8
“Qəbələ” UEFA Gənclər Liqasında APOEL-lə qarşılaşacaq

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yoluna start veriləcək.

APA-nın məlumatına görə, 19 yaşadək futbolçular arasında Azərbaycan çempionu “Qəbələ” də mübarizəyə başlayacaq.

Tarixində 3-cü, ardıcıl 2-ci dəfə Gənclər Liqasına qatılan “qırmızı-qaralar” I mərhələdə qüvvəsini sınayacaqlar. Təmsilçimiz Kiprin APOEL klubu ilə qarşılaşacaq.

İlk oyun Nikosiya şəhərində baş tutacaq. Famil Xəlilovun baş məşqçisi olduğu komanda 22 gündən sonra keçiriləcək cavab oyunu öncəsi qənaətbəxş nəticə əldə etməlidir. Bir il əvvəl bu turnirdə mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşən “Qəbələ” uğurunu təkrarlamağa çalışacaq.

Qeyd edək ki, Kiprdə keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
2 oktyabr
18:00. APOEL (Kipr) – “Qəbələ”
Baş hakim: 
Furkat Atacanov
Baş hakimin köməkçiləri: Denis Labaşyov, Sergey Kalaçyov (hamısı Qazaxıstan)
UEFA nümayəndəsi: Vasko Doyçinovski (Şimali Makedoniya)
Hakim-inspektor: Xristos Nikolaidis (Kipr)
Nikosiya. “Makarion” stadionu

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti