Mourinyo Zidanın yerinə göz dikib

25-10-2019, 23:37
20
Mourinyo Zidanın yerinə göz dikib

Zinəddin Zidanın “Real”da işləri yaxşı getmir. Fransız mütəxəssisin komandası İspaniya çempionatında liderliyi əldən verib. Çempionlar Liqasında da qrup liderliyi yoxdur.

 

 

Zinəddin Zidan Zinəddin Zidan

 

Bizimyol.info xəbər verir ki, Zidanın “Real”dan getməsi müzakirə mövzusuna çevrilib. İspaniya mətbuatı bu haqda çox yazmağa başlayıb. İspan jurnalistlərin fikrincə, onun yerinə Joze Mourinyo gələ bilər. Yazılanlara görə, portuqal mütəxəssis özünə köməkçi də tapıb. “Real”a keçidi baş tutarsa, Mourinyoya Xabi Alonso kömək edəcək. Bu haqda axırıncı dəfə “Diario Sport” yazıb. Nəşrin iddiasına görə, klubun prezidenti Florentino Peres Mourinyo ilə daim ünsiyyətdədir. Qısası, portuqalın “Real”a keçidi zaman məsələsidir.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti