Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunda mübarizəyə başlayıb.

Komandamız Xorvatiyada keçirilən C qrupundakı ilk matçında meydan sahibləri ilə üz-üzə gəlib.

Osiyekdəki "Qradski vrt Arena"da baş tutan görüşə uğursuz start verən Joze Alesio da Silvanın yetirmələri erkən qol buraxıblar. Qarşılaşmanın sonlarında qapısında daha bir top görən yığmamız turnirə məğlubiyyətlə başlayıb.

Qrupun digər oyununda Rusiya Slovakiya üzərində 7:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu yanvarın 30-da Rusiyaya qarşı keçirəcək.