Porye - Makqreqor döyüşünün vaxtı açıqlandı

24-11-2020, 12:44
26
Porye - Makqreqor döyüşünün vaxtı açıqlandı

 

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüşün vaxtı müəyyənləşib.
"Report" yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, döyüş yanvarın 23-də "UFC 257" turniri çərçivəsində baş tutacaq.
Qarşılaşmanın yeri barədə məlumat verilməsə də, onun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Mokqreqor bu ilin iyulunda karyerasını bitirdiyini açıqlayıb. İrlandiyalı idmançı 2014-cü ildə Porye ilə qarşılaşıb və həmin görüşdə ABŞ-dan olan rəqibini ilk raundun 2-ci dəqiqəsində texniki nokautla məğlub edib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti