“Formula-1” Azərbaycan Qran-prisinin vaxtı təsdiqləndi

18-12-2020, 10:16
34
“Formula-1” Azərbaycan Qran-prisinin vaxtı təsdiqləndi

 

Avtomobil İdmanı Federasiyasının (FİA) Ümumdünya şurası 2021-ci il üçün “Formula-1” təqvimini təsdiqləyib.
Modern.az-ın məlumatına görə, yarış gələn il 23 mərhələdən ibarət olacaq.
Lakin bunlardan birinin – aprelin 25-dəki Qran-Prinin yeri dəqiqləşməyib. Mövsüm Melburnda start götürəcək və Abu-Dabidə yekunlaşacaq.
Bakıdakı Azərbaycan Qran-Prisi iyunun 6-da baş tutacaq.
1.Avstraliya Qran-Prisi – 21 mart
2. Bəhreyn Qran-Prisi – 28 mart
3. Çin Qran-Prisi – 11 aprel
4. dəqiqləşməyib – 25 aprel
5. İspaniya Qran-Prisi – 9 may
6. Monako Qran-Prisi – 23 may
7. Azərbaycan Qran-Prisi – 6 iyun
8. Kanada Qran-Prisi– 13 iyun
9. Fransa Qran-Prisi – 27 iyun
10. Avstriya Qran-Prisi – 4 iyul
11. Böyük Britaniya Qran-Prisi – 18 iyul
12. Macarıstan Qran-Prisi – 1 avqust
Yay fasiləsi
13. Belçika Qran-Prisi – 29 avqust
14. Niderland Qran-Prisi – 5 sentyabr 
15. İtaliya Qran-Prisi – 12 sentyabr
16. Rusiya Qran-Prisi  – 26 sentyabr
17. Sinqapur Qran-Prisi – 3 oktyabr
18. Yaponiya Qran-Prisi – 10 oktyabr
19. ABŞ Qran-Prisi – 24 oktyabr
20. Mexiko Qran-Prisi – 31 oktyabr
21. San-Paulu Qran-Prisi – 14 noyabr
22. Səudiyyə Ərəbistanı Qran-Prisi – 28 noyabr
23. Abu-Dabi Qran-Prisi – 5 dekabr
Qeyd edək ki, İspaniya Qran-Prisinin təşkilatçıları hələ “Formula-1” ilə yeni müqavilə imzalamayıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti