Biz həmişə sizinləyik! - FOTOLAR

18-01-2021, 21:01
21
Biz həmişə sizinləyik! - FOTOLAR

 

Biz həmişə sizinləyik!

Cəsarət Əhmədov şəhid Ənvər İmanovun ailəsini ziyarət etdi

17 yanvar 2021-ci il tarixdə Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov şəhd idmançı, Qol güləşi üzrə Bakı çempionatlarının mükafatçısı, Respublika çempionatlarının iştirakçısı Ənvər İmanovun Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət edib. Federasiyanın daha bir neçə üzvünün də iştirak etdiyi görüşdə şəhid Ənvər İmanovun xatirəsi anılıb, keçdiyi döyüş yolundan danışılıb. AQGF prezidenti şəhidin qardaşına distant təhsil almasında yardım məqsədilə federasiya adından noutbuk hədiyyə edib. Cəsarət Əhmədov bildirib ki, Vətən uğrunda gedən döyüşlərdə xalqımız 3000 nəfərə yaxın şəhid verib. Əlbəttə ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hər zaman şəhid ailələrinə qayğı göstərir və bu qayğı getdikcə artır. Lakin şəhidlərimizin ailələrinə diqqət və qayğı göstərmək təkcə dövlətin deyil, bu torpağın üzərində gəzən hər bir vətəndaşın həm vəzifəsi, həm də şərəf borcudur.

Cəsarət Əhmədov şəhid Ənvər İmanovun xüsusi hazırlanmış foto-portretinin üzərinə “Biz həmişə sizinləyik. Azərbaycan Qol Güləşi Federasiyası.” - sözlərini yazaraq həmin şəkli şəhidin ailəsinə xatirə kimi təqdim edib.

Daha sonra Cəsarət Əhmədov və federasiya təmsilçiləri Ənvər İmanovun ailə üzvləri ilə birlikdə şəhid idmançının məzarını ziyarət ediblər. Burada bütün şəhidlərimizin ruhlarına dualar oxunub.

Ənvər İmanov 1996-cı ildə anadan olub. Vətən müharibəsində baş kəşfiyyatçı kimi döyüşüb. 2020-ci il oktyabr ayının 29-da Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğurunda gedən Vətən müharibəsində Azərbaycan Qol Güləşi Federasiyasının ümumilikdə 21 idmançısı iştirak edib ki, onlardan da üç nəfəri Vətən yolunda şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə şəfa versin!

aia.az















 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti