“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

11-02-2021, 13:09
20
“Real”ın əfsanəvi futbolçusu vəfat etdi
İspaniyanın “Real” klubunun sabiq futbolçusu Enrike Peres Dias dünyasını dəyişib.
 
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
 
Keçmiş müdafiəçi 83 yaşında vəfat edib.
 
Qeyd edək ki, “Paçin” ləqəbi ilə tanınan oyunçu 1959 – 1968-ci illlərdə “Real”ın formasını geyinib. O, “kral klubu”nda 218 matçda iştirak edib. Dias bu komandanın heyətində 7 dəfə İspaniya çempionatının, iki dəfə isə Çempionlar Kubokunun qalibi olub.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti