Paşinyan Nyu-Yorkda Ruhani ilə görüşdü

26-09-2018, 15:38
211
Paşinyan Nyu-Yorkda Ruhani ilə görüşdü

Nyu-Yorkda İran prezidenti Həsən Ruhani ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. 

Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib, iqtisadi əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib. 

Paşinyanın sözlərinə görə, İran-Ermənistan münasibətləri sıx dostluq əlaqələri ilə inkişaf etməlidir. Həsən Ruhani də iki ölkə arasında etimad səviyyəsini yüksək qiymətləndirib.

Ruhani Paşinyanı İrana dəvət edib və ümid etdiyini bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan olacaq.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti