Paşinyan “Separatçı rejim”ə qarşı hücuma keçdi

14-12-2018, 18:25
356
Paşinyan “Separatçı rejim”ə qarşı hücuma keçdi
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyan qələbə qazandı.

“Ölkə.Az” xəbər verir ki, Paşinyan işğal altındakı Qarabağda qurulan separatçı rejim rəhbərlərinə qarşı hücuma keçib və onları dəyişməyə hazırlaşır.

Çünki bu rejimin nümayəndələri Paşinyanın əleyhinə çıxırdılar.

Ermənistanda nəşr edilən “Qraparak” qəzetinin xəbərinə əsasən, artıq qondarma rejimin qondarma müdafiə naziri Levon Mnatsakanyan istefaya göndərilib.

Yaxın günlərdə isə Qarabağdakı qondarma rejimin lideri Bako Saakyan, qondarma liderin qondarma müşaviri Arşavir Qaramyan və separatçı rejimin digər vəzifəli şəxsi Vitali Balasanyan da istefaya göndəriləcək.

Saakyanı isə parlament seçkilərində Paşinyanı dəstəkləyən Araik Arutyunyan əvəz edəcək.

 “Bu vəziyyət Yerevanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma “dövlət qurumu”nun saxtakarlığını və bu rejimin Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü tərəf kimi göstərilə bilməyəcəyini bir daha sübut edir”, - deyə nəşr qeyd edib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti