Ankaradan Menbiç və Əsəd açıqlaması

25-12-2018, 22:22
276
Ankaradan Menbiç və Əsəd açıqlaması

Arimah bölgəsindəki hərəkətlilik 2017-ci ildən bu yana bölgədə olan Suriyanın rejimi qüvvələrinə aiddir.

Bu haqda Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik bölgədəki proseslərin izlənildiyi bildirilib.

Qeyd edək ki, bu gün Bəşər Əsədin ordusunun bölmələri Münbiçin qərb hissəsində yerləşən Arimah qəsəbəsinə girib. Suriya ordusuna məxsus 40 pikap avtomobil, 2 tank, zirehli avtomobillər təxminən 1 saat öncə qəsəbəyə daxil olub.

Məlumata görə, rejim gücləri PYD/YPG terror təşkilatının rəhbərliyi ilə qısa görüş keçirib. Razılaşmaya görə, PYD/YPG-nin Arimah qəsəbəsini rejim güclərinin nəzarətinə verib.

Arimah qəsəbəsi Münbiçin qərbi ilə “Fərat qalxanı” bölgəsi arasında cəbhə xəttində yer alır. Hesab olunur ki, Türkiyə əsgəri Münbiçə doğru hərəkətə keçərkən Əsəd ordusu də PYD-yə dəstək verəcək. (Publika.az)

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti