Saziş niyə pozuldu? - Səbəb açıqlandı

9-05-2019, 11:10
110
Saziş niyə pozuldu? - Səbəb açıqlandı

Xəbər verdiyimiz kimi, Çin ABŞ-la ticarət danışıqlarını pozub.

Cebhe.info xəbər verir ki, artıq sazişin pozulması səbəbləri məlum olub. Bu barədə  “The Wall Street Journal" yazıb.

Nəşr bildirib ki, Çin ABŞ-ın öz tələblərini yumşaltmağa hazır olduğunu bildiyi üçün mövqeyini daha da sərtləşdirib.

Mənbə bildirib ki, rəsmi Pekin Donald Trampın güzəştə getməklə bağlı işartıların olduğu çıxışlarını diqqətlə izlədikdən sonra belə qərar verib: "Çıxışlardan aydın olub ki, Prezident Tramp ABŞ iqtisadiyyatının çıxışlarında iddia etdiyindən daha az stabil olduğunu bilir".

Xatırladaq ki, sazişin pozulduğuna dair ilk informasiyanı Prezident Donald Tramp verib. 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti