Hindistan Aya göndərdiyi kosmik gəmini itirib

10-09-2019, 00:38
8
Hindistan Aya göndərdiyi kosmik gəmini itirib


Hindistan Aya kosmik gəmisi enən dördüncü ölkə olacaqdı. Amma Asiya ölkəsi vacib aparatı itirib. Bizimyol.info xəbər verir ki, Hindistan Aya göndərdiyi kosmik gəmi ilə əlaqə yarada bilmir. Yerin peykinin səthinə 2 kilometr qalmış oradan məlumat kəsilib. Hindistan kosmik tədqiqatlar agentliyi heç bir konkret söz demir. Agentlikdə də kosmik gəminin missiyanın öhdəsindən gəlib-gəlməməsi haqda dəqiq məlumat yoxdur. Hindistanın baş naziri Narendra Mori bundan xəbər tutub və dərhal yoladüşmə mərkəzini tərk edib. Kosmik gəminin uğurlu enişinə həsr olunan mətbuat konfransı da ləğv olunub. Tədqiqatlar institunun baş elmi işçisi Acey Lele uğursuzluğu oyunun bir hissəsi adlandırıb. Deyib ki, Hindistanın ilk dəfə belə işə qol qoyduğunu nəzərə almaq lazımdır. Hindistan kosmik tədqiqatlar agentliyində düşünürlər ki, gəmi əvvəlcədən nəzərdə tutulan trayektoriyanı cıza, dörd yan qurğunu və mühərriki idarə edə bilməyib.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti