Tramp yenə qəzəbləndi: “İmpiçment araşdırması Amerika tarixindəki ən böyük rəzalətdir”

17-11-2019, 16:49
6
Tramp yenə qəzəbləndi: “İmpiçment araşdırması Amerika tarixindəki ən böyük rəzalətdir”

ABŞ prezidenti Donald Tramp ölkə mediasını “səmimiyyətsiz, impiçment araşdırmasını isə “Amerika tarixindəki ən böyük rəzalət” adlandırıb.

 

Tramp Ağ Evdə tibbi xidmətlərlə bağlı verdiyi mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb.

O, Ukrayna prezidenti Zelenski və Ukrayna Xarici İşlər Nazirliyinin ötən gün verdiyi açıqlamanın əksinə olaraq, iyul ayında baş tutan telefon danışığı ilə ABŞ-ın bu ölkəyə yardımlarını kəsməsi arasında heç bir bağlılığın olmadığnı bildirib.

ABŞ prezidenti “Media bunu xəbər belə, etmədi. Çünki bizim mediamız inanılmaz dərəcədə səmimiyyətsizdir. Daha səmimi bir mediamız olsaydı, ölkəmizə daha yaxşı xidmət edə bilərdik”, - deyə bildirib.

İmpiçment işi çərçivəsində dinləmələrlə bağlı çərşənbə günü edilən ilk açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü səbəbilə izləmədiyini bildirən Tramp, “Bu səhər baş tutan iclasın bir qismini izlədim. Bunun bir rəzalət olduğunu düşünürəm. İnsanların seçdiyi bir çox möhtəşəm respublikaçı vəkilimiz var, amma onların danışmasına belə, icazə verilmir. Bu araşdırma tam bir rəzalətdir və ölkəmiz üçün utancdan başqa bir şey deyil”, – deyə qeyd edib.

Trampdan qalmaqallı Yovanoviç açıqlaması

ABŞ-ın Ukraynadakı sabiq səfiri Mari Yovanoviç prezident Trampın impiçmenti prosedurunun icrasının mümkünlüyü üzrə dinləmələr çərçivəsində noyabrın 15-də Konqresdə ifadə verib.

Bir neçə saat davam edən dinləmələrdə Yovanoviç prezident Trampın və onun müttəfiqlərinin Ukraynaya və Co Baydenə münasibətdə addımları ilə bağlı qanunvericilərin çoxsaylı suallarına cavab verib.

Bundan başqa o, deyib ki, Ukrayna və ABŞ prezidentlərinin 25 iyul tarixli qalmaqallı söhbətinin bu ilin sentyabrında açıqlanmış stenoqramını oxuyandan sonra təşvişə düşüb. Həmin stenoqrama görə, prezident Tramp Ukrayna prezidenti Zelenskiyə deyib ki, Mari Yovanoviç pis işləyib və “o, bəzi nəticələrlə üzləşməli olacaq”.

Keçmiş səfirin verdiyi ifadəyə qarşılıq olaraq, ötən gün Tramp özünün tvitter hesabında “Mari Yovanoviçin səfir olduğu bütün ölkələrdə vəziyyət pis olub. Somalidə vəzifəsinə başladı, ölkənin axırı necə oldu? Daha sonra Ukraynaya getdi və Ukrayna prezidenti mənimlə telefon danışığında onunla bağlı müsbət fikirlər söyləmədi. Səfirləri tutduqları postdan azad etmək ölkə başçılarının mütləq vəzifəsidir”, – deyə qeyd edib. (Musavat.com)

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti