Dünyaca məşhur cərrah Azərbaycan Ordusunun könüllü həkimi olmaq üçün müraciət etdi- FOTO

3-10-2020, 09:00
35
Dünyaca məşhur cərrah Azərbaycan Ordusunun könüllü həkimi olmaq üçün müraciət etdi- FOTO

 

ABŞ-da yaşayan, dünyaca məşhur döş qəfəsi cərrahı, Azərbaycan türkü Nurəddin Pirmüəzzin Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanova məktub göndərib.
Məktubda cərrah soydaşımız Azərbaycanın Qarabağdakı haqq mübarizəsinə dəstəyini ifadə edib. Doktor Pirmüəzzin Ermənistanın Azərbaycan toraqlarının işğaldan azad olunamsı ilə bağlı BMT-nin qətnamələrinin icra olunmamasından təəssüfünü ifadə edib.
Güney Azərbaycanın Ərdəbil şəhərində doğulduğunu bildirən soydaşımıız ABŞ Cərrahlar Kollegiyasının (Birliyinin-red.) və Sərhədsiz Həkimlər Təşkilatının üzvü olduğunu vurğulayaraq bir həkim kimi səhra xəstəxanalarında, əməliyyat otaqlarında Azərbaycan Ordusuna, müharibə qurbanlarına kömək göstərməyə hazır olduğunu bildirib.
Doktor Pirmüəzzin bir vaxtlar İran-İraq müharibəsində 8 il səhra xəstəxanalarında cərrah kimi xidmət göstərdiyini və bu sahədə olduqca təcrübəli, keyfiyyətli mütəxəssis olduğunu dilə gətirib.
Sonda onu qeyd edək ki, doktor Nurəddin Pirmüəzzin dünyanın ən məşhur tibb ocaqlarından sayılan Harvard Tibb məktəbinin məzunudur.
O, İran İslam Respublikası parlamentində Ərdəbil millət vəkili kimi də fəaliyyət göstərib. Özünün türkçü mövqeyi ilə seçilən və rejimə qarşı olan güneyli soydaşımız İranı tərk edərək ABŞ-a sığınmaq məcburiyyətində qalıb. Burada o, Birləşmiş Ştatların vətəndaşlığını da alıb. Hazırda doktor Pir Müəzzin ABŞ-da tibb sahəsində ən məşhur ekspertlərdən və həkimlərdən hesab olunur.
Musavat.com onun müraciətinin surətini də oxuculara təqdim edir.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti