Rusiyalı turist alkoqol ucbatından Antalyada istirahət əvəzinə  həbsxanaya düşdü...

21-11-2020, 09:00
9
Rusiyalı turist alkoqol ucbatından Antalyada istirahət əvəzinə  həbsxanaya düşdü...

 

Arvadı ilə Türkiyənin məşhur Antalya kurortuna uçan Rusiyadan olan bir turist alkoqol həvəsi ucbatından  özünün və xanımının istirahətini heç edib. 
 
Rusiya mediasının yaydığı məlumata görə, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalını Sankt-Peterburq-Antalya reysi ilə uçan təyyarənin birbaşa göyərtəsində saxlayıblar. Sərxoş vəziyyətdə olan kişi ərinin davranışından narazı qalan xanımı ilə mübahisə etməyə başlayıb və tezliklə yumruqlarını işə salıb. Digər sərnişinlər sərxoş sərnişin yoldaşlarını sakitləşdirməyə çalışsalar da,  onlar da “pay”larını alıb. Stüardessalar köməyə gələrək asayiş pozucusunu sakitləşdirə biliblər. Təyyarədəki hadisə ilə əlaqədar polisə məlumat verilib və hava gəmisi yerə endikdən sonra əyyaş rusiyalı turist hava limanında yerləşən polis bölməsinə aparılıb. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti