Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət ağırlaşır

15-02-2021, 09:43
9
Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət ağırlaşır
Pandemiyanın başlanğıcından dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 108 milyon 535 739 təşkil edir.
 
Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
 
Qeyd edilir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 393 703 milyona yüksəlib, 80 milyondan çox insan sağalıb.
 
Koronavirusa yoluxma hallarının 5 milyon olduğu ölkələrin siyahısına ABŞ, Hindistan və Braziliya daxildir. Birləşmiş Ştatlar dünyada təhlükəli infeksiyaya yoluxma və ölüm saylarına görə birincidir. Bu ölkədə COVID-19-a 27,5 yoluxma aşkarlanıb, 484 min ölüm qeydə alınıb, təxminən 18 milyon insan sağalıb.
 
Dünyada COVID-19-a yoluxma hallarının sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiya ölkəsində 10,9 milyon nəfər koronavirusa yoluxub. Braziliyada 9,8 milyon insanda COVID-19 aşkarlanıb.
 
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti