“Apple” smartfon bazarında yenə birincidir

24-02-2021, 09:30
19
“Apple” smartfon bazarında yenə birincidir
2020-ci ilin dördüncü rübündə dünya bazarında smartfon satışlarına görə “Apple” 2016-cı ildən bu yana ilk dəfə birinci yerə çıxıb.
 
“Gartner” araşdırma mərkəzi tərəfindən açıqlanan statistik rəqəmlərə görə, hesabat dövründə “Apple” 80 milyona yaxın smartfon sataraq dünya bazarındakı payını 20,8 %-ə çatdırıb. Ekspertlərin fikrincə, bu nailiyyət daha çox 5G rabitəsini dəstəkləyən “iPhone 12” və “iPhone 12 mini” smartfonları sayəsində qazanılıb.
 
İkinci yerdəki “Samsung” 62,11 milyon smartfon sataraq bazarın 16,2 %-nə, üçüncü yerdəki “Xiaomi” də 43,43 milyon satışla bazarın 11,3 %-nə nəzarət edib. Sonrakı yerləri tutan müvafiq olaraq “OPPO” və “Huawei” ABŞ tərəfindən tətbiq olunmuş sanksiyalar üzündən satışlarda böyük itkilərlə üzləşib.
 
Bütövlükdə ötən ilin dördüncü rübündə dünyada smartfon satışları 5,4 %, ilin əvvəlindən 12,5 % azalıb. Bu da koronavirus pandemiyası üzündən tədarük zəncirlərindəki fasilələrlə əlaqələndirilir.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti