Rusiyanın hərbi peyki orbitdən çıxaraq yanıb

3-04-2021, 13:04
14
Rusiyanın hərbi peyki orbitdən çıxaraq yanıb
Rusiyanın “Kosmos-2525” hərbi peyki orbitdən çıxaraq atmosferin sıx qatında yanıb.
 
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Şimali Amerika Hava-komsik müdafiə komandanlığı (NORAD, North American Aerospace Defense Command) yayıb.
 
Məlumata görə, peyk aprelin 1-də orbitdən çıxıb. Hazırda obyekt oirbitdə mövcud deyil.
 
Bildirilib ki, “Kosmos-2525” Rusiya Müdafiə Nazirliyinin maraqlarını təmin etmək üçün 2018-ci il martın 29-da Arxangelsk vilayətinin Plesesk kosmodromundan “Soyuz-2.1v” raket daşıyıcısı ilə buraxılmışdı.
 
Peykin təyinatı ilə bağlı rəsmi məlumat yoxdur.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti