Bakıda dəhşətli qəza - Yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törətdi, ağır yaralılar var

6-08-2018, 11:26
438
Bakıda dəhşətli qəza - Yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törətdi, ağır yaralılar var

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

Regionxebertv.com report-a istinadən xəbər verir ki, "90-NU-205" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman "01-BP-836" dövlət nişanlı "Mercedes" markalı maşına çırpılıb.

 

Zərbənin gücündən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə "Hyundai"da olan iki nəfər ağır xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Fakt araşdırılır.

 
 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti