Bakıda yataqxanada yanğın: ölənlər və xəsarət alanlar var

6-03-2019, 11:26
41
Bakıda yataqxanada yanğın: ölənlər və xəsarət alanlar var

Hadisə zamanı 8 nəfər tüstüdən boğulub və ya açıq alovdan yanıq xəsarəti alıb.

Onlardan 2-si-Surxay Əliyev və həyat yoldaşı Elza Əliyeva ölüb. Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə elektik xətlərindəki qısaqapanma səbəb olub. 

**

01:28

Paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti