Gəncədə polis əməliyyatı: "Ramoş" ləqəbli şəxsin üzərində tapança aşkarlanıb

8-01-2020, 12:30
24
Gəncədə polis əməliyyatı: "Ramoş" ləqəbli şəxsin üzərində tapança aşkarlanıb

 


 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Gəncə sakinindən qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “ Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, B.Səmədov kriminal aləmdə “Ramoş” ləqəbi ilə tanınır.

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti