QAXDA bir gündə 4 nəfəri it dişlədi

17-02-2020, 14:00
5
QAXDA bir gündə 4 nəfəri it dişlədi

 


 

Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib.
Ötən gün axşam saatlarında rayonun Güllük kənd sakini, 2016-cı il təvəllüdlü Rəşid Şahin oğlu Mirzəyev başın və üzün cırılmış-didilmiş yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub  ki, sahibsiz it 4 yaşlı R. Mirzəyevin yaşadığı evin həyətyanı sahəsinə soxularaq ona xəsarət yetirib. R. Mirzəyevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Məlumatda bildirilir ki, fevralın 16-sı gün ərzində ikisi azyaşlı olmaqla dörd nəfər it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti