Bərdədə ağır qəza - Ata öldü, iki uşağı yaralandı 

19-02-2020, 15:30
7
Bərdədə ağır qəza - Ata öldü, iki uşağı yaralandı 

 


 

Dünən Bərdə rayonunda ağır yol qəzası baş verib.
Hadisə saat 04 radələrində qeydə alınıb. Ağcabədi rayon sakini, 1954-cü il təvəllüdlü Mikayıl Məhərrəmov idarə etdiyi “Mercedes Vito” markalı sərnişin mikroavtobusu ilə Stansiya Mingəçevirə gedərkən özündən qabaqda olan “Kamaz” markalı yük maşınının furqon tipli qoşqusu ilə toqquşub.
Nəticədə “Mercedes Vito”da olan Ağcabədi rayonu, Qaravəlli kənd sakini, 1975-ci il təvəllüdlü Rövşən Qardaşxanov hadisə yerində vəfat edib. Onun 13 yaşlı oğlu Elçin və 16 yaşlı qızı Şəkər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti