YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - FOTO

22-02-2020, 09:30
10
YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - FOTO

 

YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - FOTO

 


 

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslərdən daha bir neçəsinin adı məlum olub.
Saxlanılanlar arasında Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəfərov Anar Cəfər oğlu da var.
Anar Cəfərov (Sağdan ikinci)
Anar Cəfərov (Sağdan ikinci) 
Saxlanılanlar arasında icra başçısı İsmayıl Vəliyevlə yanaşı, onun birinci müavini Vurğun Əkbərov və Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.
Xatırladaq ki, rəsmi olmayan digər məlumata görə, dünənki əməliyyat nəticəsində Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov tutulub.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti