Kürdəmir sakini şüşə ilə özünü ağır yaralayıb

12-09-2020, 11:35
41
Kürdəmir sakini şüşə ilə özünü ağır yaralayıb

 


 

Kürdəmir rayon sakini özünə ağır xəsarət yetirib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki, 28 yaşlı kənd sakini Əsədli Vüsal Elman oğlu özünə şüşə qırığı ilə ürək nahiyəsindən və sol qoluna ağır xəsarət yetirib.
Yaralı yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona ilkin tibbi yardım göstərib. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, özünə xəsarət yetirən Vüsal Əsədli ruhi xəstədir.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti