Ağcaqanad sürüləri yüzlərlə heyvanın ölümünə səbəb oldu - FOTO

14-09-2020, 10:30
5
Ağcaqanad sürüləri yüzlərlə heyvanın ölümünə səbəb oldu - FOTO

 

Koronavirus, meşə yanğınları və hava temperaturunun anidən düşməsi ilə çətin günlər yaşayan ABŞ, indi də ağcaqanad sürüləri ilə mübarizə aparır. 
Luiziana əyalətində baş verən "Laura" qasırğasından sonra bataqlıqdan çıxan ağcaqanad sürüləri qanlarını əmdikləri yüzlərlə at və inəyin ölümünə səbəb olub.
Heyvanlar onları qansız qoyan və dərialtı qanaxmaya səbəb olan çox sayda dişləməyə məruz qaldıqları və eyni zamanda həşəratlardan uzaqlaşmaq üçün davamlı hərəkət etdikləri üçün yorğunluqdan tələf olur.
Əyalətdə baytarlıqla məşğul olan Dr. Kreiq Fontenot baş verən fırtınalardan sonra böcək sürülərinin 300-400 iribuynuzlu heyvanın və bir neçə atın ölümünə səbəb olduğunu söyləyib. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti