Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlandı

13-01-2021, 08:40
11
Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlandı

 

Mingəçevirdə xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı R.Ələkbərovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.
İcarədar və müştərilər xüsusi karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib edilib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti