27 gündür itkin düşən azyaşlı qız polis tərəfindən tapıldı

13-02-2021, 11:29
16
27 gündür itkin düşən azyaşlı qız polis tərəfindən tapıldı
Bakıda 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçan 17 yaşlı Kifayət Vəlicanova tapılıb. 
 
Bu barədə Oxu.Az-a onun atası Rauf Vəlicanov məlumat verib.
 
O bildirib ki, qızı fevralın 10-da paytaxtın Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında tapılıb:
 
“Qızım fevralın 11-də Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb. Məlumat verilən kimi şöbəyə yaxınlaşıb qızımı oradan götürdüm. O artıq xəstəxanada yox, evdədir. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirəm”.
 
Xatırladaq ki, azyaşlının psixoloji problemləri var. O yanvarın 15-də müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmışdı. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti