Saatlıda 50 ilin həkimi intiharın astanasında... - BANK TERRORU...

15-02-2021, 09:44
7
Saatlıda 50 ilin həkimi intiharın astanasında... - BANK TERRORU...

Saatlı rayonundan bir şikayət məktubu daxil olub və məktub müəllifi 50 ildən çox həkim işləmiş təqaüdçü Vaqif Əvəz oğlu Nağıyev üzləşdiyi problemiun ictimailəşdirilməsini xahiş edir.

 

Vaqif kişi məktubunda bildirir ki, həyat yoldaşı, Nəzakət Nağıyeva-onkoloji xəstədir. Üzləşdikləri problemsə on illərdir məmləkətin az qala yarısının gününü göy əskiyə bükən, dincliyini, rahatlığını əlindən alan, on minlərlə ailənin dağılmasına, yüzlərlə adamın intiharına səbəb olan bank-müştəri problemləri və ağılagəlməz faizlərin insanlara gətirdiyi bədbəxtliklərdir. Elə şikayətçi ailə də intiharın astanasına gəldiyini iddia edirlər və "Unileasing" Lizinq Şirkəti QSC-dən fəryad edirlər.

 

Belə ki, "Unileasing" Lizinq Şirkəti QSC -i lə N. Nağıyeva  qarşı 2019 cu ildən, yəni son bir ildə faizləri ödəyə bilmədiyinə görə  yaşayış yeri olan evini müsadirə edilməsi üçün Saatlı rayon məhkəmısində iddia qaldırb və əri Nağıyev Vaqiv Əvəz oğlu intihar etmək həddinə qədər çatdırıblar. İndi məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsində və şikayətçi deyir ki, bu məhkəmə instansiyasından da ədalətsiz qərar çıxarılsa, özlərinə qəsd etməkdən başqa yolları qalmayacaq...

 

Oxucular üçün problemin mahiyyəti anlaşılan olsun deyə şikayətçinin vəkilinin apellyasiya şikayətinin bəzi məqamlarını da təqdim edirik:

 

"Bildirilir ki, "Unileasing" Lizinq Şirkəti QSC ilə iddiaçı Nağıyeva Nəzakat İlyas qızı arasında bağlanmış 18.07.2014-cü il tarixli 2187D/14/S nömrəli Daxili Maliyyə Lizinq Müqaviləsinə əsasən, AR ƏMDK yanında DƏDRX tərəfinfən verilmiş “Hüquqların Dövlət Qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyetstrindən Çıxarış”da göstərilən – Saatlı şəhəri, Həsən Bəy Zərdabi küçəsi, ev 62 ünvanındakı ümumi sahəsi 741.2 kv. metri əhatə edən 2 mərtəbəli, 8 otaqlı, 0.10 ha. torpaq sahəsində yerləşən və reyestr nomrəsi 908013000117-10301 olan fərdi yaşayış evi girov götürülərək, 63 742,99 USD məbləğində pul "Unileasing" Lizinq Şirkəti QSC tərəfindən illik 22% olmaqla, 48 ay müddətinə iddiaçıya verilmişdir (qoşma: 03). 
Eyni zamanda bildirilir ki, sözügedən Müqavilənin əsasında restruktrizasiya məqsədilə 25.01.2017-ci il tarixli 2187D/14/S nömrəli Əlavə Razılaşma Müqaviləsi bağlansa da, 2 il 6 ay müddətində iddiaçı N.İ.Nağıyeva tərəfindən aylıq 2 008,99 ABŞ dolları məbləğində pul ödənilməsi faktı nəzərə alınmamış və ayda 1 095,00 ABŞ dolları olmaqla toplamda əvvəlkindən də artıq bir məbləğ olan 65 696,00 ABŞ dollarının verilməsi öhdəliyi yenidən iddiaçının üzərinə qoyulmuşdur (qoşma: 04). 
Əlavə olaraq bildirilir ki, yuxarıdakılar azmış kimi – bu müddət ərzində iddiaçı N.İ.Nağıyeva tərəfindən üst-üstə 140 000,00 AZN məbləğində pulun ödənilməsinə baxmayaraq, cavabdeh “Direkt Kredi” MMC tərəfindən yenidən restruktrizasiya məqsədilə 04.02.2019-cu il tarixli 2187D/14/S nömrəli Əlavə Razılaşma Müqaviləsi bağlanmışdır ki, bununla da, 2 il 1 ay müddətin də iddiaçı N.İ.Nağıyeva tərəfindən hər ay 1 095,00 ABŞ dolları məbləğində pul ödənilməsi faktı yenə də nəzərə alınmamış və ayda 1 309,67 AZN olmaqla toplamda 78 580,38 AZN pulun verilməsi öhdəliyi yenidən iddiaçının üzərinə qoyulmuşdur (qoşma: 05). 18.07.2014-cü il tarixindən hazıradək 140 000,00 AZN pul ödənildiyi halda, cavabdeh “Direkt Kredi” MMC ödənilmiş 140 000,00 AZN məbləğdən sonra, qanunsuz və əsassız olaraq dəfələrlə yuxarı faiz tətəbiq etməklə toplamda 78 580,38 AZN pulun verilməsi öhdəliyinin yenidən iddiaçının üzərinə qoyulması barədə müqavilə bağlamışdır. Qeyd edilir ki, 04.02.2019-cu il tarixli 2187D/14/S nömrəli sonuncu müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış qarfikə əsasən, yekunda ödəniləcək məbləğ 218 580,38 AZN təşkil edir ki, bu da, 2014-cü ilə görə dolların manata münasibətində götürülmüş olan 49 719,53 AZN ekvivalentində pul üçün süni şəkildə şişirdilmiş hesablamadır. 
Bundan başqa bildirilir ki, cavabdeh “Direkt Kredi” MMC ilə iddiaçı N.İ.Nağıyeva arasında bağlanılmış 04.02.2019-cu il tarixli 2187D/14/S nömrəli sonuncu Müqavilə iddiaçı tərəfindən imza olunsa da, iddiaçının Müqavilənin məzmunundan, o cümlədən onun gələcək nəticələrindən məlumatı olmamış və bu barədə iddiaçıya cavabdeh tərəfindən ətraflı məlumat verilməmişdir".

 

Biz media olaraq problemi ictimailəşdirməklə özümüzü "Axırıncı aşırım" filmində deyildiyi kimi borcumuzdan çıxmış hesab etmirik. Çünki ölkənin bank sistemində yaşanan anormallıqların insanlarımıza necə divan tutduğunu müfəssəl bilirik, illərlə fakt-fakt yazıb ifşa edəcəyimizi düşünürük, amma deyəsən qaş düzəltdiyimiz yerdə göz çıxarırıq, yəni problem hər ötən gün nizamlanmaq əvəzinə daha əcaib vəziyyət alır. Ümid edək ki, hökumət nə qədərə əcaib görünsə də, ölkənin bank sisteminə qarşı da "44 günlük bir müharibə" elan edəcək və məmləkət insanına qarşı Ermənistandan betər terror edən bu sistemə əl gəzdiriləcək...

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti