Sərxoş halda Cəbrayıl ərazisinə keçənlər YAXALANDI  

6-04-2021, 10:32
11
Sərxoş halda Cəbrayıl ərazisinə keçənlər YAXALANDI  
Cəbrayıl rayonunda Füzuli rayon sakinləri Səlim Qasımov və Elçin Abdullayev idarələrində olan avtomobillərlə sərxoş vəziyyətdə minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstəriblər.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onlar rayon ərazisində qurulmuş postda polis əməkdaşlarının "saxla" tələbinə məhəl qoymayıblar. Cəbrayıl ərazisinə daxil olan həmin avtomobillərin saxlanılması polis əməkdaşları tərəfindən təmin edilib. S.Qasımov, E.Abdullayev və onların sərnişinləri Füzuli rayon sakinləri Elgün Babayev və Mehrac Hacıyev Polis Şöbəsinə gətiriliblər.
 
Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə tədbir görülüb və törətdikləri əmələ qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti