Minalanmış ərazilərin xəritəsini təqdim etməyən Ermənistan Azərbaycanı günahlandırır...

7-04-2021, 05:10
14
Minalanmış ərazilərin xəritəsini təqdim etməyən Ermənistan Azərbaycanı günahlandırır...
Ermənistan Xarici İşlər Nazirliyi işğaldan azad edilən torpaqlarda minalanmış ərazilərin xəritələrini təqdim etməyən Ermənistana beynəlxalq təşkilatların təzyiq göstərməsi ilə bağlı Azərbaycanın çağırışına münasibət bildirib. 
 
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
 
Məlumatda bildirilir ki, Azərbaycan guya 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını kobud şəkildə pozur. Tamamilə yalan və böhtandan ibarət bəyanatda daha sonra bildirilir ki,  Azərbaycan tərəfi “hərbi əsirləri” geri qaytarmamaq üçün mina xəritəsi məsələsini gündəmə gətirib. 
 
“Münaqişənin bütün dövrü ərzində Azərbaycan tərəfi mina təmizlənməsi sahəsində əməkdaşlıq təklifləri ilə çıxış etməyib. Üstəlik Ermənistanda mina təmizlənməsi proqramlarının icrasını pozmaq üçün bütün səylərini göstərib. Xatırlamaq kifayətdir ki, 2016-cı ildə Azərbaycan minatəmizləmə proqramlarını dəstəkləmək bəhanəsi ilə ATƏT-in İrəvan ofisinin səlahiyyət müddətinin uzadılmasını əngəllədi və bu da Ermənistandakı ATƏT-in səhra missiyasının bağlanmasına səbəb oldu”, - bəyənatda belə deyilir.
 
Bu, həyasızlığın pik həddidir. Azərbaycanın şəhər və kəndlərini viran qoyan, minalanmış ərazilərin xəritəsini təqdim etməyərək soydaşlarımızın öz dədə-baba torpaqlarına tezliklə qayıdışını əngəlləyən Ermənistan yenə də beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. Qalib Azərbaycanın dəmir yumruğu altında əzilən düşmən hər cür fitnəkarlığa əl atır. Minalanmış ərazilərin xəritələrini təqdim etməsələr də biz o torpaqlara tezliklə qayıdacağıq. İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri sürətlə davam etdirilir. Qüdrətli Azərbaycan dövləti bu işin də öhdəsindən gəlir. Artıq həmin ərazilərdə böyük quruculuq işlərinə başlanılmışdır.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti