İstanbulda güllələnən kriminal avtoritet “Əhmədli Ruslan” kimdir? - TƏFƏRRÜAT

1-12-2018, 18:04
3 665
İstanbulda güllələnən kriminal avtoritet “Əhmədli Ruslan” kimdir? - TƏFƏRRÜAT
Noyabrın 30-da İstanbulda azərbaycanlı kriminal avtoritetin güllələnməsi ilə bağlı məlumatlar yayılıb.

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, avropa.info atışma nəticəsində yaralanan kriminal avtoritet "Əhmədli Ruslan”la bağlı məlumatlar əldə edib.

"Əhmədli Ruslan” adı ilə tanınan kriminal avtoritet Azərbaycanda Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssəsində məhkumluq həyatı yaşayıb. 1-saylı cəzaçəkmə müəssəsində Rövşən Lənkəranskinin "praqon”u əsasında uzun müddət "vəziyyətə baxıb”.

Onun əvvəllər "qanuni oğru” "Lotu Quli”nin, sonralar isə Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu bildirilir. Əslən cənub bölgəsindən olan "Əhmədli Ruslan” həbsdən sonra, Türkiyəyə gedərək Rövşən Lənkəranskinin ən yaxın adamlarından birinə çevrilmişdi. Rövşənin ölümündən sonra, onun bu çevrədən ayrıldığı haqda məlumatlar var.

Qeyd edək ki, noyabrın 30-da İstanbulda "Əhmədli Ruslan” kimi tanınan kriminal avtoritet Nicat adlı şəxs tərəfindən güllələnib. Hazırda Ruslanın İstanbulun məşhur xəstəxanalarından birində müalicə aldığı bildirilir.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti