Avtobus qəzası ilə bağlı cinayət işinin istintaqı bitdi

13-12-2018, 19:47
331
Avtobus qəzası ilə bağlı cinayət işinin istintaqı bitdi

32 zərərçəkmiş olan cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılacaq

Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, bir neçə nəfərin isə isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.Bizimyol.info xəbər verir ki, baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilən cinayət işi hakim Rufan Mürsəlovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.

Cinayət işində 32 zərərçəkmiş var.

Hadisə iyulun 12-də saat 8 radələrindəbaş verib. Əliyev Rövşən İsa oğlu “Merdedes Benz” markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi “Deltabus” markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub. Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölmüş, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Rəsmi məlimatda Əliyev Rövşən İsa oğlunu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq hadisə törətməsi qeyd edilir.

R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti