Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü — Sumqayıtda faciə

11-01-2019, 23:42
373
Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü — Sumqayıtda faciə
Sumqayıt şəhər Corat qəsəbəsində ana və oğlu dəm qazından boğulublar.

"Ölkə.Az" azxəbər-ə istinadən bildirir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və oğlu, 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğlu yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerindədir. 

Hər iki şəxsin meyiti Sumqayıt şəhər Xəstəxanasının morquna gətirilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti