Keçmiş məhkum törətdiyi cinayəti etiraf etdi

12-01-2019, 17:08
366
Keçmiş məhkum törətdiyi cinayəti etiraf etdi
Cəlilabad RPŞ-yə rayonunun Yeni Yaşayış Massivi və ətraf ərazilərdən axşam saatlarında ev quşlarının oğurlanması ilə bağlı bir neçə məlumat daxil olmuşdu. Polisin sayıqlığı qısa zamanda öz nəticəsini verdi. Oğru elə əlindəki oğurluq hind toyuğu ilə birlikdə saxlanıldı.

DİN Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, yanvarın 10-da axşam saatlarında şəhərin Ə. Abdullayev küçəsində xidmət aparan polis əməkdaşlarının diqqətini əlində iki hind toyuğu ilə gedən şəxs cəlb edir. Onun rayonun Əliqasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Rəfail Həsənov olduğu müəyyən edilib və ev quşlarını elə həmin ərazidə yaşayan Ş.Həbibova məxsus təsərrüfatdan oğurladığı məlum olub. 

Rayon Polis Şöbəsinə gətirildikdən sonra isə o digər bu cür əməllərini də etiraf edib, ev quşlarının özünəməxsus üsulla oğurladığını bildirib. Belə ki, R.Həsənovun axşam saatlarında vətəndaşlara məxsus təsərrüfatlara daxil olaraq özü ilə gətirdiyi dəni səpərək yaxına gələn ev quşlarını oğurladığı məlum olub. 

Faktla bağlı araşdırma aparılır. 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti