Bakıda kütləvi dava – 3 tələbə bıçaqlandı

1-03-2019, 12:48
139
Bakıda kütləvi dava – 3 tələbə bıçaqlandı

Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub.

“Baku.tv” xəbər verir ki, bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib.

Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər – Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, həmin gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti