Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı - FOTO

2-03-2019, 11:29
226
Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı - FOTO

Bərdə rayonunun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

Bu barədə Report məlumat yayıb.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. 

Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, altı yaşlı övladını da götürüb və oradan uzaqlaşıb. 

R.Qarayeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Qətl törədən şəxs Kətəlparaq kənd sakini Nazim Qurbanov polisə təslim olub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti