Azərbaycanda 15 yaşlı oğlan qəfildən öldü…

11-09-2018, 10:38
1 392
Azərbaycanda 15 yaşlı oğlan qəfildən öldü…

Lənkəranda yeniyetmə qəfil dünyasını dəyişib.

Bizimyol.info-un Trend-ə istinadən məlumatına görə, hadisə sentyabrın 10-da baş verib.

Lənkəran rayonunun Günəhir kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədov Ədalət Yaqub oğlunun yaşadığı evdə halı qəfil pisləşib və huşsuz vəziyyətə düşüb. Ailə üzvləri onu xəstəxanaya çatdırmaq istəsələr də, mümkün olmayıb. Ə.Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, Ə.Məmmədov uzun müddət epilepsiya xəstəsi olub.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti